“Terror” anlayışının gündəlik istifadə olunan mənasından daha geniş əhatəsi vardır. Dövrümüzdə terror anlayışı, ümumiyyətlə, ideoloji radikal qruplaşmaların silahlı mübarizəsini ifadə edir. Terror azərbaycanca “qorxutmaq” və “hədələmək” mənasını verir. Lakin bunun əhatəsi insanların bütün həyatını qorxuya salacaq qədər daha böyükdür. Terror insanları hədələməklə müəyyən düşüncəni mənimsətmək üçün hər cür şiddəti ehtiva edir. Ancaq hər vəziyyətdə terrorun hədəfi dolayı yolla, yaxud birbaşa xalqın özü olur. Terror təşkilatı terroru xalqı öz tərəfinə çəkmək üçün tətbiq edir. Əldə etdiyi qorxudan güc qazandığını və bunun sayəsində xalqın və ya onun bir hissəsinin özünə dəstək verəcəyini düşünür. Bu, terror deyildikdə anlaşılan ilk mənadır və ümumiyyətlə, sol terror kimi xarakterizə olunur. Bir də üçüncü dünya ölkələrində rast gəlinən və diktatura rejimləri tərəfindən tətbiq olunan terror vardır. Əslində, burdakı məntiq sol terrordakı məntiqin makro tətbiqindən başqa bir şey deyil. İqtidar başçısı təzyiqçidir; iqtidardan yalnız şəxsi mənfəətləri üçün istifadə edir. Bu səbəbdən dolayı, müxtəlif müxalifətlərlə üz-üzə qalır. Belə  vəziyyətdə həmin diktator rejim müxalifətdən daha güclü olduğunu sübut etmək üçün eyni formuldan istifadə edir: terror tətbiq edir ki, xalq özündən qorxsun və bu, ona güc qazandırsın.

Terror təşkilatları öz ideologiyalarına bağlı olaraq haqsızlıq və zülm etdiyini düşündüyü rəhbərləri yox etməklə daha xoşbəxt həyat gətirəcəklərini irəli sürürlər.  Halbuki bu, heç də doğru yanaşma deyil. Allah “Bəqərə” surəsinin ilk ayələrində belə düşünənlər haqqında  buyurur:

Onlara: “Yer üzündə fəsad törətməyin!” -deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” -deyirlər. Sözsüz ki, onlar fəsad törədəndirlər, amma başa düşmürlər. (Bəqərə surəsi, 11-12)

Diqqət edilirsə, terroru bir metod kimi mənimsəyənlər bəzən bir-birindən qarşılıqlı faydalanmaq üçün ittifaqa girirlər. Çünki terror törədənlər malik olduğu silahlar vasitəsilə renta qazanırlar. Bu yerdə ideallar yox olur.

Terrorçular üçün adam öldürmək yaşayış forması sayılır. Günahsız insanlara və uşaqlara rahatlıqla güllə və ya bomba ata bilirlər.  Qan tökmək onların məqsədinə çevrilmişdir və bundan zövq alırlar. Gözü dönmüş vəhşi heyvan kimidirlər. Aralarında azacıq da olsa mərhəmətli birini görsələr, onu xain və qorxaq adlandırıb cərgədən çıxarırlar. Onsuz da çox vaxt bir-birinə silah qaldırıb fraksiyaçıları qətlə yetirirlər. 

Terrorizm tamamilə şeytani qan tökmə quyusudur. Hər kim bu vəhşiliyə dəstək verirsə, şeytani sistemi dəstəkləmiş olur.  Bir terrorçunun dini anlayış və simvollardan istifadə etməsi heç kimi yanıltmamalıdır. Bu şəkildə saxta dinə bürünən terrorçular həm qan tökdükləri üçün, həm də bununla dinin əleyhinə təbliğat apardıqları üçün ikiqat günahkardırlar. Terrorla din tamamilə zidd anlayışlardır. Terrorizm aqressiv olmağı, savaşıb öldürməyi və zülm etməyi mənimsəmişdir. Lakin bütün bunlar Qurana görə, zalımlıqdır. Allah sülhü, uzlaşmağı, yaxşılıq etməyi və insanların arasını düzəltməyi əmr edir. Terroru və hər cür təxribatçı əməlləri qadağan edir və bunu edənləri lənətləyir:

Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır. (Rəd surəsi, 25)

Terrora bulaşanlar Allah qorxusundan və sevgisindən tamamilə uzaq olub xəstə ruha sahibdirlər.