Saytın birinci hissəsində terrorun iki əhəmiyyətli qaynağının olduğunu açıqladıq. Bunlardan birinin ilahi dinləri yanlış şərh edən və sonradan uydurulmuş xürafə qaynaqları əsas alan radikal terrorizm olduğunu dəlilləri ilə və müxtəlif nümunələrlə ortaya qoyduq. Xüsusilə son zamanlarda ortaya çıxan və İslam adından çıxış etdiyini iddia edən terror təşkilatlarının əməllərinin İslama zidd olduğunu Quran ayələri işığında açıqladıq. Terrorun başqa bir qaynağı isə materialist və darvinist dünya görüşüdür.

Bir çox insan təkamül nəzəriyyəsini ilk olaraq Çarlz Darvinin ortaya atdığını və elmi dəlil və təcrübələrə əsaslanan nəzəriyyə zənn edir. Halbuki təkamül nəzəriyyəsinin ilk ortaya atan Darvin olmadığı kimi, nəzəriyyənin qaynağı da elmi dəlillər deyil. Nəzəriyyə qədim doqmatik materialist fəlsəfənin təbiətə uyğunlaşdırmasından ibarətdir. Hazırda da nəzəriyyə elmi dəstəyi olmadığına baxmayaraq, sırf materialist fəlsəfə uğrunda xurafatlılıqla müdafiə olunur. Bu xurafat dünyaya böyük bəlalar gətirmişdir. Çünki darvinizmin və ondan güc alan materialist fəlsəfənin yayılması ilə yanaşı, “insan nədir” sualına verilən cavab dəyişmişdir. Daha əvvəllər bu suala: “İnsan Allahın yaratdığı və Onun öyrətdiyi əxlaqa görə yaşamalı olan varlıqdır”, -deyə doğru cavab verən insanlar sonra yanlış olaraq “insan təsadüflərlə var olmuş, həyat mübarizəsi ilə inkişaf etmiş heyvandır” kimi düşünməyə başlamışdır. Bu böyük yanlışlığın hesabı isə ağırdır. İrqçilik, faşizm, kommunizm kimi dəhşətli ideologiyalar bundan güc almışdır.  Saytın bu hissəsində darvinizmin insanlığa gətirdiyi bu bəladan söz ediləcək və bunun dövrümüzün ən əhəmiyyətli problemlərindən biri olan terrorizmlə əlaqəsi açıqlanacaq.