Terror bəlasından əziyyət çəkən ölkələrin qarşısında əksər hallarda kommunist ideologiya dayanır. Kommunizm o qədər canlıdır ki, adı rəsmən qoyulmasa da, Şimali Amerikanın bir hissəsinə, Şimali Avropaya və Orta Şərqin demək olar ki, hər yerinə hakimdir. Onsuz da rəsmi olaraq kommunizmlə idarə edilən Cənubi Amerika ölkələrini, Çin və Şimali Koreya kimi qızıl ölkələri saymağa gərək yoxdur. Bu kommunist-marksist hakimiyyət üzündən terror bütün dünyaya yayılmışdır. Açıq-aşkar marksist təhdidə göz yumanlar hələ də uzun müzakirə proqramlarında terrora həll axtarırlar. Fəqət eyni anda öz tədris müəssisələrində öz uşaqlarına dialektik təlim verirlər. Həmin uşaqlar məktəblərdə iki qarşı fikrin mütləq çəkişəcəyi yalanını, tarixin bu münaqişələrdən ibarət olduğunu və bunun nəticəsində cəmiyyətlərin irəliləyib rifaha çatacağını öyrənirlər. Dağlardakı terrorçular da, məktəblərdəki uşaqlar da eyni təlimi alırlar. Həmçinin həm kommunist ölkələrdə, həm də kapitalist ölkələrdə eyni təlimi keçirlər. Beləliklə, eyni üsulla savaşı şərtləndirən marksist düşüncə gizli şəkildə bütün ölkələrə yayılmağa davam edir. Burada bunu xatırlatmaq lazımdır: kapitalizm marksizmə vurulan zərbə deyil. Tam əksinə, Marksa görə, cəmiyyətlərin kommunizmə keçidi üçün əhəmiyyətli şərtdir. Kommunizm kapitalizmin təsiri ilə eqoistləşən, yalnız öz mənfəətini düşünən və insani dəyərlərdən uzaqlaşan fərdlərə və cəmiyyətlərə hakim olmağı gözləyir. Son iqtisadi böhran kommunizm üçün dərman rolunu oynamışdır. Marksist və kommunistlər üçün mühit hazır vəziyyətə gəlmişdir. Bunu görmək istəyənlər dünyada baş verən fövqəladə qarışıqlıqlara yaxından nəzər sala bilərlər.