Hər hansı bir problemlə mübarizə apararkən ən vacib məsələ o problemin kökünü, əsl qaynağını düzəltməkdir. Məsələn, ətrafa pis qoxu yayan zibilliyin ətrafı nə qədər təmizlənsə də, o zibillik pis iy yaymağa davam edər, həyata keçirilən bütün tədbirlərin nəticəsi qısamüddətli olar. Çıxış yolu zibilliyin qaynağını təmizləyib onu tamamilə ortadan qaldırmaqdır. Bundan başqa, zəhərli ilanları bəsləyib şəhərə buraxan bir insanın bu ilanların insanları öldürməyə başladığını görəndə təlaşa düşüb onları tək-tək ovlaması da ağıllı tədbir deyil. Bu vəziyyətdə yeganə çıxış yolu zəhərli ilanları bəsləyib çoxaltmaqdan tamamilə əl çəkməkdir. Beləliklə, terrorla mübarizə üçün terrorçuları tək-tək axtarmaq və onları təsirsiz hala gətirməyə çalışmaq çıxış yolu deyil.    Dünyanı terrordan qurtarmaq üçün əvvəlcə terrorçunu yetişdirən əsas mənbə tapılıb aradan qaldırılmalıdır. Terrora mənbə olan əsas səbəb isə insanların səhv ideologiyaları və onların bu istiqamətdə aldığı təhsildir.

Müasir dövrdə də dünyanın hər bir ölkəsində darvinizm bütün məktəblərdə elmi həqiqət kimi tədris olunur. Amma gənclərə Allahın onları yaratması, bu gənclərin ruh, ağıl və vicdan sahibi varlıqlar olması, öldükdən sonra Allah qatında sorğu-sual olunaraq dünyada etdiklərindən dolayı hesab verəcəkləri və bu hesaba görə sonsuza qədər cənnət və ya cəhənnəmdə qalacaqları öyrədilmir. Əksinə, gənclərə onların təsadüflər nəticəsində meydana gəlməsi, ata-babaları heyvanlar olan, Allaha qarşı məsuliyyət daşımayan başıboş varlıqlar olması və ancaq müharibə və qarşıdurma ilə üstün gələrək həyatda yaşaya biləcəkləri öyrədilir. Məktəb həyatı boyunca bu təlimi alan insanların beyinlərini pozmaq, vəhşiliyi onlara təlqin etmək, onları bəşəriyyətin düşmənlərinə çevirmək, məsum körpələri öldürəcək qədər zalımlaşdıra bilmək isə bu mərhələdən sonra çox asandır. Belə təhsil almış gəncləri istənilən yanlış ideologiya öz sırasına çəkə və ona hər cür vicdana və əxlaqa zidd hərəkətləri etdirə bilər, ona hər cür əclaflığı və zalımlığı vacib məqsəd kimi göstərə bilər. Son yüz ildə dünyanı yandırıb-yaxan kommunist, faşist və irqçi terror qrupları məhz bu təhsil sisteminin məhsullarıdır.

 Bu təhsil sisteminin ikinci böyük zərəri isə təhsili dindən ayıraraq dini cahil insanların dünyası ilə məhdudlaşdırmağa çalışmasıdır. “Təhsilli” olanlar darvinist-materialist təlqinlə dinsizləşdiyi halda, din təhsilsiz insanların nəzarətində qalır. Bu vəziyyətdə xurafat və batil inanclar asanlıqla inkişaf edib təsir gücü qazanırlar.

Nəticə olaraq deyək ki, məsələnin çözüm yolu terrorun əsl qaynağı olan darvinist-materialist təhsilə son qoymaq, gənclərə həqiqi elmi biliklərlə hazırlanmış sistem əsasında təhsil vermək və onlara Allah qorxusunu, ağıllı və vicdanlı hərəkət etməyi başa salmaqdır. Bunun nəticəsi isə Allahın Quranda bildirdiyi kimi, xoşbəxt, etibarlı, adil, rəhmdil və mehriban insanların yaradacağı cəmiyyətlər olacaq.