Ziddiyyətlər həmişə mövcud olmuşdur. Yaxşı və pislər arasındakı mübarizə dünya tarixinin ən başından bəri vardır. Lakin bu mübarizənin tərifini doğru-düzgün vermək lazımdır. Mübarizənin gərəyi heç bir zaman müharibə deyil. Ziddiyyətlərin mübarizəsi qarşılıqlı danışıqlara, elmi dəlillərin ortaya çıxarılmasına və sevgiyə, hörmətə əsaslanmalıdır. Heç kimi məcburən bir fikrə alışdırmaq və ya buna görə qətl etmək olmaz. Heç bir müharibə indiyə kimi cəmiyyətlərə irəliləyiş gətirməmişdir. 20-ci əsrin qanlı savaşları və hazırda da bitmək bilməyən münaqişələr silah sektorunu bəsləməklə mədəniyyəti, texnologiyanı, şəhər və iqtisadiyyatları məhv edir. Qorxu içində yaşayan xalqla irəli getmək mümkün deyil. Getdikcə yoxsullaşıb ac qalan, təhsil almayan, çalışıb istehsalatla məşğul olmayan xalq inkişaf etməz. Şəhər və qəsəbələr bombalanmaqla gözəlləşməz. Gənc nəslin ölməsi ilə cəmiyyətlər irəliləyə bilməz. Xirosima və Naqasakiyə atılan atom bombaları nəsillərlə davam edən fəlakətdən başqa bir şey deyil. Marksizmin önə sürdüyü qanlı dialektika cəmiyyətlərə xəyali inkişafı heç bir zaman bəxş etməmişdir və etməyəcək də. Əgər buna izin versək, dünyanı daha böyük fəlakətlər bürüyər, hər yer qan gölünə dönər.

Darvinizm dünyada baş verən bir çox qarşıdurmanın fəlsəfi dayaq nöqtəsidir.  Təkamül nəzəriyyəsi canlı növlərinin tək bir hüceyrədən  (ki darvinistlər bu canlı hüceyrənin necə əmələ gəldiyini elmi yöndən açıqlaya bilmir) təsadüfən və davamlı dəyişikliyə məruz qalaraq meydana gəldiyini iddia edirlər. Bu xəyali dəyişiklik və irəliləmə müddətinin ana ünsürlərindən biri isə qarşıdurmadır. Canlıların ancaq qarşıdurma ilə inkişaf etdiyini müdafiə edən bu amansız ideologiyanın əsası güclü olanların gücsüzləri yox etməyinə dayanır. Darvinizmin elmi nəzəriyyə kimi qələmə verilib dünya miqyasında dərsliklərə daxil edilməsi isə darvinist düşüncəni cəmiyyətlərə yaymışdır. Bu vəziyyət milyonlarla insanın həyatını itirməsinə səbəb olan müsibətlərlə nəticələnmişdir.