Xristianlıq, musəvilik və İslamı bir-birinə yaxınlaşdıran, birlikdə hərəkət etməli olduğunu göstərən başqa bir önəmli həqiqət dövrümüzdə dünyada təsirli olan dinsiz fəlsəfələr və bunların səbəb olduğu fəlakətlərdir. Bununla yanaşı, hər üç İlahi dinə əlavə edilən radikal düşüncələrin təxribatlarıdır.

Dövrümüzün ən tanınan və insanlara ən çox zərər verən ideologiyaları arasında materializm, kommunizm, faşizm, anarxizm, irqçilik, nihilizm və ekzistensializm kimi cərəyanları göstərmək olar. Bunların kainat, cəmiyyət və insan haqqındakı saxta və aldadıcı düşüncələrinə inanan bir çox insan imanını itirmiş və ya şübhəyə düşmüşdür. Bundan başqa, bu ideologiyalar insanlığı böyük böhranlara, münaqişə və müharibələrə sürükləmiş, dünyaya dəhşətli fəlakətlər gətirmişdir. Bunların səbəb olduğu acılar hələ də davam etməkdədir. Həmin ideologiyalar Allahı və yaradılışı inkar etməklə Darvinin təkamül nəzəriyyəsinə əsaslanırlar. Darvinizm dinə qarşı fəlsəfələrin əsasını təşkil edir. Heç bir elmi əsası olmayan bu nəzəriyyə qısa olaraq canlıların təsadüflər nəticəsində və həyat mübarizəsi sayəsində təkmilləşdiyini iddia edir. Dolayısilə, darvinizmin insana verdiyi aldadıcı mesaj bu şəkildədir: heç kimə qarşı məsuliyyət daşımırsan, həyatını təsadüflərə borclusan, yaşamaq üçün mübarizə aparmalı, lazım gələrsə, digərlərini əzməlisən. Bu dünya münaqişə və mənfəət dünyasıdır...

“Təbii seleksiya”, “həyat mübarizəsi”, “güclülərin həyatda qalması” kimi darvinist anlayışların verdiyi sosial mesaj belə bir təhlükəli şərtləndirmədir. Bu əxlaq anlayışı insanlara eqoist, mənfəətpərəst, amansız və zalım olmağı öyrədir. Şəfqət, mərhəmət və fədakarlıq kimi məziyyətləri isə aradan qaldırır.  Bu darvinist təlqin, şübhəsiz, kitab əhlinin inancına və həmçinin Quran əxlaqına tamamilə ziddir. Dolayısilə, darvinist təlqin hər üç dinə müxalif bir dünyanın əsasını təşkil edir.

Bu həqiqətin qarşısında Allaha inanan və gözəl əxlaqı qəbul edən kitab əhli və müsəlmanlar əməkdaşlıq etməlidirlər.   Hər üç dinin mənsubları əl-ələ verib onsuz da heç bir elmi əsası olmayan, yalnız materialist fəlsəfə uğrunda canlı tutulmaq istənilən darvinizmin yanlışlığını bütün dünyaya anlatmalıdırlar.  İnancsızlıqdan qaynaqlanan bütün zərərli ideologiyalara (kommunizm, faşizm, irqçilik) və əxlaqi degenerasiyalara qarşı birlikdə fikri mübarizə aparmalıdırlar.  Bütün dinlərə əlavə edilən xürafələrin ortadan qalxması üçün doğru olanları yaymağa çalışmalıdırlar. Bunlar gerçəkləşdiyi təqdirdə, dünya qısa zamanda hüzur və ədalətə qovuşar.