“Dəccal” sözü ərəbcə “yalançı”, “hiyləgər”, “beyinlərdə haqq ilə batili qarışdıran”, “bir şeyi bəzəyib gerçək üzünü gizlədən”, “hər yeri gəzən pis və uğursuz adam” kimi mənalar ifadə edir. Peyğəmbərimizin (səv) axırzamandan bəhs edən hədislərində dəccal qiyamətin ən önəmli əlamətlərindən biri kimi qeyd edilir. Dünyanın hazırki dövrü isə Peyğəmbərimizin hədislərində təsvir edilən axırzamana çox bənzəyir. Hədislərdə bu dövrdə fitnə və anarxiyanın yayılacağı, dünyada hüzurun qalmayacağı, insanların aclıq, kasıblıq və qıtlıq kimi sıxıntılarla mübarizə aparacağı bildirilmişdir (ətraflı baxın: Qiyamət əlamətləri, Harun Yəhya, 2001). Bu dövrdə qarışıqlığın yayılmasına səbəb olan, insanları əxlaqsızlığa sövq edən, kütlələri inkar və üsyana yönləndirən, həmçinin terror və şiddətin bünövrəsi dəccaldır. Dəccal əxlaqsızlığı yayarkən pisi yaxşı göstərən, yaxşını da pis göstərən metodlardan istifadə edir. Bunu xəbər verən hədislərdən biri belədir:

Dəccal çıxar. Yanında su və od olar. İnsanların su zənn etdiyi yandırıcı oddur. Od kimi gördükləri isə soyuq və dadlı sudur.1

Peyğəmbərimiz hədislərində Qiyamət qopmamışdan əvvəl dəccalın mütləq çıxacağı ilə yanaşı, onun hansı mühitdə çıxacağını da bildirmişdir. Dəccal din əxlaqının yaşanmadığı, Allahın açıq inkar edildiyi, həmçinin müharibə, cinayət, əxlaqsızlıq, qarışıqlıq və terrorun gündəlik həyatın bir parçasına çevrildiyi dövrdə çıxacaq. Tarix boyu dünyada anarxiya və qarışıqlığın yaşandığı dövrlər olmuşdur, lakin dəccalın səbəb olduğu qarışıqlıq və xaos mühiti tarixin heç bir dövründə görülməyib.

Peyğəmbərimiz bir hədisində bu mövzuya belə diqqət çəkmişdir:

Allah hz.Adəmi yaratdığı dövrdən bu yana dəccalın fitnəsindən daha böyük fitnə olmamışdır .2

teror

DƏCCALİYYƏTİN DİNİ DARVİNİZM

Bir çox hədislərdə müxtəlif bənzətmələrlə Dəccal təsvir edilir. Bu xüsusiyyətlərdən görünür ki, insanları inkara sürükləyən, din əxlaqından uzaqlaşdıran, fitnə çıxaran hər cür ideoloji və düşüncə sistemi dəccali təmsil edir.

Bu gün yer üzündə dinə qarşı olan ən böyük fitnələrdən biri materializm və bundan törəyən müxtəlif cərəyanlardır. Bütün bu cərəyanların saxta elmi əsası və əsas dayaq nöqtəsi isə darvinizmdir. Darvinizm ortaya atıldığı tarixdən etibarən materialist və dinə zidd ideoloji cərəyanların dayağına çevrilmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən din kimi dəstəklənmişdir. Darvinizmin axırzamanda dəccalın dini olacağına böyük İslam alimi Bədiüzzaman Səid Nursi belə diqqət çəkmişdir:

Təbiətçilik və materializm fəlsəfəsindən çıxan nəmrudanə bir cərəyan , axırzamanda fəlsəfə vasitəsilə getdikcə yayılaraq qüvvətlənəcək və ilahlıq iddia edəcək dərəcəyə çatacaq. 3

Bədiüzzamanın “təbiətçilik və materializm fəlsəfəsindən çıxan nəmrudanə cərəyan” kimi təsvir etdiyi darvinizm təbiətə müstəqil güc verən, bütün canlıların kor təsadüflərin əsəri olduğunu iddia edən və insanları Allaha inanmaqdan uzaqlaşdırmağa çalışan nəzəriyyədir. Peyğəmbərimizin hədisləri toplusu olan “Kutubi-sittə müxtəsər tərcüməsi və şərhi” adlı əsərdə bu barədə belə deyilir:

Dəccalın yol açdığı axırzaman fitnəsinin ən bariz və mühüm vəsfi dinə qarşı olmasıdır. Axırzamanda ortaya çıxan bir qisim humanist fikir və dəyərlər dinin yerini tutmağa çalışacaq. Bu yeni din insanın üzərindəki hər cür ilahi hakimiyyəti qaldırmaq üçün inkarı özünə əsas götürəcək... Əsas ilahı maddə və insan olan dindənkənar bir dindir. 4

Bu gün humanist fikirlər, həqiqətən də, din kimliyinə bürünmüşdür. Humanizm Allahın inkar edildiyi və insanın səcdə ediləcək müqəddəs varlıq kimi göstərildiyi ateist dindir. Humanist qurum və təşkilatların nəşrlərinə baxanda isə düşüncələrinin əsasını darvinizmin təşkil etdiyi görünür. (Əlavə məlumat üçün bax: Harun Yəhya, Qlobal masonluq, İstanbul, 2002)

tesadüfün mantıksızlığı
Təkamül nəzəriyyəsində canlıların təsadüflər nəticəsində cansız maddələrdən meydana gəldiyi iddia edilir. Bu iddiaya görə dünyanın ilk zamanlarında –digər səhifədə göründüyü kimi- təbiət hadisələrinin təsiri ilə cansız maddələr canlanmış və yenə təsadüflərlə müəyyən zaman ərzində bugünkü qüsursuz canlıları meydana gətirmişdir. Şübhəsiz ki, bu iddianı ağıl sahibi bir insan əsla qəbul etməz.

Canlıların cansız maddələrdən əmələ gəldiyi və təkmilləşərək inkişaf etdiyi fikrini müdafiə edən darvinizmin ən önəmli mexanizmi təsadüfdür. Bu aldadıcı nəzəriyyəyə görə, bütün canlı növləri təsadüfən ortaya çıxan hüceyrədən, yəni ortaq bir atadan əmələ gəlmiş və tədricən yenə təsadüflər nəticəsində kiçik dəyişikliklərlə bir-birindən fərqliləşmişlər. Heç bir elmi əsası olmayan və tamamilə xəyallara əsaslanan bu nəzəriyyə Darvin dövrünün ibtidai elmi və sosioloji şərtləri daxilində bir çoxları tərəfindən qəbul edilmişdir. Lakin elmin və texnologiyanın inkişafı ilə nəzəriyyənin böyük yalandan ibarət olduğu anlaşılmışdır. Buna baxmayaraq, aşağıda bəhs edəcəyimiz kimi, bəzi qruplar hələ də bu nəzəriyyəyə bağlı qalaraq həmin ağılsız fikirlərdən əl çəkmirlər.

Darvinizm ortaya atıldığı tarixdən etibarən materialist və dinsiz ideoloji cərəyanların dayağına çevrilmiş, bu ideologiyaların tərəfdarları tərəfindən dəstəklənmişdir.

ev

Bu batil dinə görə, yer üzündəki canlılar yaradılmamışdır, özbaşına var olmuşdur. Bu cəfəng anlayışı mənimsəyənlərə canlıların ortaya ilk dəfə necə çıxdığını soruşanda isə kor təsadüflərin əsəri olduğunu deyirlər. Halbuki təsadüf tamamilə ağılsız və məqsədsiz gücdür. Allah isə hər şeyi plan, ağıl, hikmət və nizamla yaradıb. İnsan bir əşya ilə qarşılaşanda bunu mütləq birinin düzəltdiyini bilir. Həmin əşyanın ağıllı və şüurlu varlıq tərəfindən yaradıldığını anlayır. Bundan başqa, bunu anlamaq üçün uzun düşünməyə və araşdırmağa da ehtiyac yoxdur. Bu baxan kimi başa düşülür. Məsələn, adam bir otağa girəndə orada gördüyü divan, stol, saat, televizor və s. kimi şeyləri bir nəfərin gətirib qoyduğunu və otağa səliqəli şəkildə düzdüyünü bilir. Heç kim həmin əşyaların o otaqda təsadüfən əmələ gəldiyini, yaxud başlı-başına otağa gəlib elə düzüldüyünü düşünməz. Belə bir şeyi deyən olsa da, o adamın ağlına şübhə ilə yanaşarlar.

Darvinizm kimi mənasız fikrə inanan adamlar isə alma, portağal, çiyələk, üzüm, yemiş, qarpız, ərik, şaftalı və s. kimi bitkilərin, həmçinin ceyran, pələng, dovşan, sincab, zebr və zürafə kimi heyvanların, hətta mühəndislərin, professorların, akademiklərin, sənətçilərin, yəni bütün insanların kor təsadüflər nəticəsində ortaya çıxdığını iddia edirlər. Başqa sözlə desək, həmin adam gördüyü hər varlığın təsadüflərin əsəri olduğunu zənn edir. Belə vəziyyətdə təsadüf artıq həmin şəxsin ilahıdır. Lakin diqqət edildikdə görünür ki, bu saxta ilah düşüncə qabiliyyəti olmayan dünyanın ən ağılsız ilahıdır. Çünki bu ilah həm özünün nə olduğunun fərqində deyil, həm də nə ortaya çıxardığını və nə etdiyini bilmir.

Peyğəmbərimiz dəccal ilə əlaqədar bir hədisində: “Xəbəriniz olsun ki, o kordur”, – deyə buyurmaqla dəccalın gözünün kor olduğunu xəbər verir. Bəzi İslam alimləri tərəfindən bu hədis belə açıqlanır ki, dəccalın qəlb gözü kordur. Bu açıqlama yuxarıda yazılanlara əsasən daha dəqiq anlaşılır. Kor təsadüfü ilahlaşdıran dinə inanan adamların həm qəlb gözü, həm də ağıl gözü kordur. Bu adamlara Allahın bütün kainatı üstün ağıl və nizamla yaratdığını deyəndə o dəqiqə etiraz edirlər. Lakin hər şeyin kor təsadüflərin əsəri olduğu deyiləndə bunu çox məntiqli görürlər. Ağıllı və şüurlu yaradılışın əvəzinə qarışıqlıq və xaosun içində ağlı və şüuru olmayan təsadüflərin hər şeyi var etdiyini iddia edirlər. Bu yöndə düşündükdə darvinizm dünya tarixinin ən dəhşətli və ağlasığmaz batil dinidir. Maraqlıdır ki, bu yanlış və mənasız dini bir çox təhsilli şəxslər də mənimsəyiblər. Bəzi professor, dövlət adamları, siyasətçi, müəllim və doktorlar belə bu ağılsızlığa inanırlar. Bu da dəccalın fikri sisteminin insanlara sehr kimi təsir etdiyini göstərir.

Bəs bəzi adamları belə ağılsız iddianı mənimsəməyə və hətta bunu həvəslə müdafiə etməyə vadar edən nədir?

Bu məqamda axırzamanda dəccalın fikir sisteminin yayılması üçün davamlı təbliğatın aparıldığını görürük. İnsanlara şüurlarının açılmağa başladığı ilk gündən etibarən sürəkli təlqin edilir və insanlar mərhələli şəkildə bu azğın dinə daxil edilirlər. İnsanlar uşaqlıq çağlarından etibarən tədricən bu təlqini alırlar. Hər mərhələdə insan dəccalın qaranlıq dünyasına doğru aparılır. Bu təlqindən qorunmağın ən önəmli yolu vicdanın səsini dinləməkdir. Çünki vicdan adamı Allahın izni ilə hər zaman ən doğru yola çatdıran rəhbərdir. Elmi yöndən tamamilə çökən darvinizm dövrümüzdə ancaq ideoloji cəhətdən müdafiə edilir. Eyni zamanda insan vicdanını dinləməklə bu yanlışlığı asanlıqla görə bilər.

Bu təhlükəyə qarşı təmkinli olmaq və bunun mexanizminin necə işlədiyini anlamaq üçün uşaqlıq dövründən etibarən keçirilən mərhələlərdən bəhs etmək yerinə düşər.

I. Mərhələ: Həyatın təsadüflərin əsəri olduğundan bəhs edilir

bebek Uşaqlar həyatı yetkin insanlardan fərqli dəyərləndirirlər. Onlar davamlı suallar verərək ətraflarında baş verənlərin səbəbini soruşurlar. Necə yarandıqları və danışdıqları, təbiətdəki digər canlıların və bitkilərin necə meydana gəldiyi, onları kimin yaratdığı, günəşin və ayın necə doğub-batdığı kimi amilləri düşünür, bunların cavabını axtarırlar. İnsanlar fərqli izahlar versələr də, bu sualların bircə doğru cavabı var.

Doğru cavab budur: həm özünü, həm də ətrafında gördüyü hər şeyi yaradan Allahdır və insan Allah qarşısında məsuliyyət daşıyır. Lakin insanların bir qismi uşaqların bu suallarına doğru cavab vermirlər. Hər şeyi Allahın yaratdığını desələr də, Allahın hər şeyin tək hakimi və sahibi olduğunu, eləcə də bütün hadisələrin Onun diləməsi ilə baş verdiyini izah etmirlər. Bəziləri isə uşaqlara yanlış məlumat verərək bütün kainatın ağılsız və şüursuz təsadüflərin əsəri olduğunu deyirlər. Çünki onlar da ətraflarındakı insanlardan eyni cavabları eşidib, həmçinin illərlə də belə təhsil alıblar. Məktəb, qəzet, televiziya verilişlərində həmişə Allahın varlığını inkar edən təlqinlərlə qarşılaşıblar.

Bundan başqa, bu təlqinlər insanlara elə təsir edib ki, möhtəşəm yaradılışlar onlara adi gəlir və bunlar haqqında düşünmürlər. Əslində, bu vəziyyətin özü də bir möcüzədir. Bütün dəlillərə və şahid olduqları bir çox möcüzələrə baxmayaraq, insanların inkar etmələri Quranda bildirilən möcüzələrdəndir. Allah bu vəziyyəti bir ayədə belə bildirir:

Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bilmir.(Ənam surəsi, 111)

Belə insanlar da uşaqlarına özlərinin inandığı dəccal dinini öyrədirlər. Beləliklə, insanların böyük qismi uşaq yaşlarından başlayaraq Allahın varlığını və yaratma sənətini düşünmədən hər şeyin təsadüflərdən ibarət olduğuna inanaraq böyüyürlər. Bəzi ailələr isə uşaqlara bu barədə heç nə danışmırlar və onlar böyüdükdə televiziya proqramlarında, filmlərdə və ya qəzetlərdə qarşılaşdığı ateist təlqinlərlə baş-başa qalırlar. Belə vəziyyətlərdə çox vaxt uşaqlar bu təlqinlərə qapılırlar.

çocuklar

 

II. mərhələ: Həyatın şiddətə əsaslanan mübarizə yeri olduğu yalanı öyrədilir

Həyatın təsadüflərin əsəri olduğunu düşünən insan üçün maddə tək mütləq varlıqdır. Bu cür cəmiyyətlərdə uşaqlara öyrədilən şeylərdən biri də budur ki, insan güclü və eqoist olduğu müddətcə ayaqda qalacaq.

kızgın çocuklar

İlk öncə ailədə başlayan bu təlqin uşağın məktəbə getməsi ilə daha da güclənir. Uşağın ailədən və ətrafdan öyrəndikləri məktəbdə “elm” adı altında təbliğ edilir və bu, “insanların atası heyvandır, beləliklə, heyvanlar arasındakı münasibət insanlara da aiddir” düşüncəsi ilə dəstəklənir. Bu minvalla uşaq fərdlər və topluluqlar arasında daim mübarizə olduğunu, zəif olanların ortadan qalxacağını və buna uyğun yaşamalı olduğunu öyrənməyə başlayır. Bu təlimə əsasən, bir uşağın həyatda ən çox ehtiyac duyduğu şey bu mübarizədə lazım gələrsə, güc, şiddət və hiylədən istifadə edərək ayaqda qalmağı bacarmasıdır.

Bu təlqin məktəblə məhdudlaşmır. Uşaq qulaq asdığı mahnılarda, izlədiyi filmlərdə, reklamlarda, hətta oynadığı kompüter oyunlarında belə sosial darvinizm təlqinini almağa davam edir. Bunun nəticəsində də insanlarla münasibətlərini maddə anlayışının üzərinə qurur. Bu, insan həyatının hər anına amansızlığın, eqoistliyin və vəfasızlığın hakim olması deməkdir. Bunun nəticəsi olaraq uşaq əxlaqi dəyələrdən uzaq qaranlıq dünyaya yuvarlanır.

çocuklar

Halbuki Quran əxlaqı insanlara bunun tam ziddi olan həyat təqdim edir. Quranda insanlar sülh və dostluğa dəvət edilir. Quran əxlaqının yaşandığı topluluqlarda sevgi, mərhəmət, hüzur və fədakarlıq hakimdir. Allahın insanlara əmr etdiyi gözəl əxlaq belə bildirilir:

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər. (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xətrinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. (İnsan Surəsi, 8-11)

III. mərhələ: Heç kim qarşısında məsuliyyət daşımadığı öyrədilir

Soruşduğu hər suala materialist və darvinist düşüncə çərçivəsində cavab alan uşağın ətrafındakı insanlar kimi olmaqdan başqa yolu qalmır. Artıq o da bunu açıq şəkildə ifadə etməsə də, özünü və qarşısındakı adamı təkmilləşmiş heyvan növü kimi görməyə başlayır.

Lakin təlimin əhəmiyyətli bir mərhələsi də var. Bu mərhələdə uşaq özündən başqa heç kim qarşısında məsuliyyət daşımadığını öyrənir. Ona təlqin edilən bu batil inanca görə, əgər əzəldən bəri yalnız maddə varsa, bu maddə həmişə mövcud olacaqsa, eləcə də həyat başdan sona təsadüflərdən ibarətdirsə və ölüm tamamilə yox olmaqdırsa, onda insan üçün ancaq maddi mənfəətləri əhəmiyyət daşıyır. Artıq maddədən meydana gələn bu dünyada mənəvi dəyərlərin mənası qalmır. Belə vəziyyətdə insan hansı yolla olsa da, öz həvəs və istəklərinin təmin edilməsi üçün çalışır. Quranın “Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz Bizə qaytarılmayacaqsınız?” (Muminun surəsi, 115) ayəsi bu cahil insanların yanlış düşüncəsini bizə göstərir.

Həqiqətdə isə başıboş yaşayıb ölümlə birlikdə yox olacağını düşünən insanlar böyük səhvə yol verirlər. İnsan hər şeyi yoxdan yaradan Rəbbimizə qarşı məsuliyyət daşıyır. Allah insanı müəyyən qədərlə (tale) yaradıb. Onun keçmişini, indiki durumunu və gələcəyini bilir, eləcə də öldükdən sonra sorğu-sual edib etdiklərinin hamısının qarşılığını verəcək. Allah insanı heyvanlardan fərqli olaraq ruh, ağıl, iradə və mühakimə bacarığı ilə yaratmışdır. Yəni adam daxilən fərqli şeylərə meyilli olsa da, bu xüsusiyyətləri ilə pisliyi əngəlləmək gücünə sahib olaraq yaradılmışdır.

Bunun fərqində olmayan və ya bu həqiqəti görməzlikdən gələn bir adamın cəmiyyətdə təhlükə yaradacağı göz qabağındadır. Məsələn, bir hadisəyə əsəbiləşən adam qarşısındakı adama heç düşünmədən zərər verə və ona qarşı amansız davrana bilər. Qarşı tərəfin müdafiəsiz olması onu heç maraqlandırmaz. Əhəmiyyətli olan əsəbini bir yolla sakitləşdirməkdir. Lakin Allahın verdiyi ruhu daşıdığını bilən ağıllı və vicdanlı adam bütün hallarda əsəbinə hakim olur. Mühakimə və vicdanı hər zaman açıqdır, Allaha hesab verə bilməyəcəyi ən kiçik hərəkəti belə etməz. Günah işlədikdə buna görə tövbə edər və xətasını düzəldər.

dejenersyon
İnsanlar darvinist-materialist təhsildən aldıqları təlqinlə bu dünyadakı tək vacib şeyin maddi mənfəətlər olduğunu düşünürlər. Bu böyük xəta ilə də heç kimə qarşı məsuliyyət daşımadıqlarını, etdikləri heç bir şeyin hesabını verməyəcəklərini zənn edirlər. Öz mənfəətləri uğrunda hər cür əxlaqsızlığı etməyi normal qəbul edirlər. Bugünkü əxlaqi degenerasiyanın ən mühüm səbəblərindən biri də elə budur.

Allah özünü başıboş zənn edənlərə yaradılışlarını və ölümdən sonra təkrar diriləcəklərini Quranda belə xatırladır:

Bəlkə insan özbaşına qoyulacağını güman edir?
Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi?
Sonra laxtalanmış qan oldu. Allah (onu) yaradıb kamil bir görkəmə saldı.
Ondan da bir cüt kişi və qadın yaratdı.
Məgər O, ölüləri diriltməyə qadir deyil? (Qiyamət surəsi, 36-40)

Başqa bir ayədə isə insanlara həm pisliyin, həm də bundan qorunmağın ilham edildiyi bildirilmişdir (Şəms surəsi, 7-10). Beləliklə, insanların əxlaqi pozuntularının və cinayət əməllərinin əsas səbəbi Allaha iman gətirməmələri, eləcə də etdikləri əməllərə görə Ona hesab verməyəcəklərini güman etmələridir. Halbuki insanın yaradılış məqsədi var. “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (Zariyat surəsi, 56) ayəsi ilə bu məsuliyyətin Allaha ibadət olduğu bildirilmişdir. İnsan dünya həyatında imtahandan keçir və vəzifəsini yerinə yetirib-yetirmədiyinə görə sorğu-sual ediləcək. Bir ayədə belə buyurulur:

Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur! (Beyyinə surəsi, 5)

Doğru din Allahın dinidir. Lakin bir çoxları kitabın əvvəlindən bəri bəhs etdiyimiz təlqinlər nəticəsində bundan uzaqlaşır. Əvvəlki səhifələrdə mərhələlərini təsvir etdiyimiz sosial darvinist təlimdən keçən adamın önündə çoxlu seçim imkanı qalmır. Həyata və insanlığa baxışı tamamilə materialist-darvinist düşüncə yönündə formalaşır. Artıq o da yalnız özünü və mənfəətlərini qorumaq üçün mübarizə aparacaq, çox vaxt zülm və hiyləni tək yol kimi görəcək və dinsizliyin təsiri ilə bir günahdan başqa günaha tərəf qaçacaq. Çünki onun qarşısını alan və ya mane olan heç bir səbəb olmayacaq. Müdafiəsiz insanlara hücum edən, məzlumları əzib haqlarını tapdalayan, şiddətdən zövq alan, qan və göz yaşını əyləncəyə çevirən, qısası, bütün insani xüsusiyyətlərdən uzaqlaşan insanların sayı gün keçdikcə artır. Bunun ən əhəmiyyətli səbəbi insanlara dəccal dininin bu ürküdücü təlqinlərinin həyatın ayrılmaz həqiqəti kimi öyrədilməsidir.

terör

DƏCCAL DİNİNİN MƏZHƏBLƏRİ

Hədislərdə dəccalın fitnəsinin bütün dünyanı bürüyəcəyi xəbər verilir. Bunun bir işarəsi də odur ki, hər dindən, hər inancdan və hər millətdən bu sistemə tabe olanlar olacaq. Bu fitnə çox böyük və geniş yayıldığına görə bir çox insanlar bilərək və ya bilməyərək bu hiyləyə düşəcəklər. Bu, insanlar fərqində olmasalar belə, dəccalın müdafiə etdiyi həyat tərzinə tabe olmaq mənasına gəlir. Başqa sözlə, hansı dünyagörüşünə sahib olsalar da, anarxiya meydana gətirən, şiddət tətbiq edən, insanların asayişini pozan şəxslərin hamısı dəccalın dininə tabe olublar.

Bununla yanaşı, bu dinin daxilində müxtəlif məzhəblər var. Geridə qoyduğumuz əsrə nəzər salsaq, darvinizmdən qaynaqlanan iki əhəmiyyətli ideologiyanın insanlıq üzərində mənfi təsirlərini görərik: kommunizm və faşizm.

Bu iki ideologiya dəccal dininin iki ana məzhəbi kimi qəbul edilə bilər. Hər ikisinin qurucuları və öndə gedən liderləri dövrümüzdə dəccali sistemin əsası olan darvinizmə bağlıdırlar. Hər iki cərəyan darvinizmin təsiri altındadır. Bəşəriyyətə saysız-hesabsız fəlakətlər gətirən, dünyanı sanki qanlı arenaya çevirən bu məzhəblər yaxından araşdırıldıqda ortaya maraqlı mənzərə çıxır: nə qədər bir-birinə zidd kimi görünsələr də, hər iki məzhəbin ortaq nöqtəsi var və hər ikisi eyni qaynaqdan, yəni darvinizmdən bəslənir. (Ətraflı məlumat üçün: Darvinizmin dünyaya gətirdiyi bəlalar, H.Yəhya, Vural Nəşriyyatı, 2000). Bu məzhəblər arasındakı ortaq məqamlarını və darvinizmin təməl fikirlərini qısaca belə sadalaya bilərik:

Darvinizm

  • Yaradıcının var olduğunu inkar edir. Əsas hədəfi dinsiz cəmiyyətlər formalaşdırmaqdır. Darvinizm təsadüfləri ilahlaşdıran dinə çevrilmişdir.
  • Həyatda qalmaq uğrunda amansız mübarizəni dəstəkləyir. Bu iddiaya görə, canlılar arasındakı mübarizə insanlar üçün də əsaslı olmalıdır. Hər kəsin bir-birini rəqib kimi gördüyü mühitdə qəzəb və nifrət də adi hislər kimi qəbul edilir.
  • Həyat mübarizəsində tolerantlığa, mərhəmətə və dialoqa yer yoxdur. Əgər yalnız güclü olanlar ayaqda qala biləcəksə, belə vəziyyətdə bu insani məziyyətlər ən son ehtiyac duyulan şeylər ola bilər.
  • Darvinizm böyük yalandan ibarət bir ideologiyadır. Darvinizmin önə sürdüyü bütün iddiaları dövrümüzdə müasir elm təkzib edir.
darwinizm

Kommunizm




komunizm
  • Dini cəmiyyətləri uyuşduran tiryək kimi dəyərləndirir. Hakim olduğu bütün cəmiyyətlərdə, ilk növbədə, inanclılara qarşı mübarizə aparmışdır.
  • Leninin “inkişaf zidlərin mübarizəsidir” sözü ilə dilə gətirdiyi kimi, irəliləyişin ancaq qarşıdurma ilə mümkün olacağını güman edir. Bu ideologiyaya görə, irəliləmə və inkişaf qan tökmədən gerçəkləşə bilməz.
  • Hərbi əməliyyatlar və inqilablar kommunizmin ayrılmaz hissəsidir. Bunların təməlində isə cəmiyyətlərdəki digər siniflərə qarşı qəzəb və amansız intiqam duyğusu dayanır.
  • Kommunizm hər cür fərqliliyə və müxalifətə qarşıdır. Fərqliliyin bir mənası var, o da mübarizə ünsürü olmasıdır. Kommunist rejimlərdə insanlar da daxil olmaqla hər şey vahid tipdir. Bu vahidliyi pozmağa çalışan hər cür ünsür rejim düşməni qəbul edilir və ona qarşı ən sərt addımlar atılır. Belə mühitdə tolerantlığın yaşanması və dialoq mühitinin qurulması mümkün deyil.

  • Kommunizmin tərəfdarlarının sayını artırmaq üçün önə sürdüyü bərabərlik, sosial ədalət və azadlıq kimi anlayışların aldadıcı olduğu praktiki tətbiqlərində
    açıq şəkildə görünür. Despot və totalitar rejim olan kommunizm üçün bu anlayışlar
    saxta təbliğat ünsürü olmaqdan o yana keçməmişdir.
zulmün liderlerilenin

Kommunist ideologiyanı həyata keçirən Lenin 1917-ci il inqilabı ilə xalqını qan, əzab və göz yaşı ilə dolu bir dövrə sürüklədi. İnqilabdan sonra qurulan despot rejim kommunizmin qanlı üzünü bütün bəşəriyyətə göstərdi.

Faşizm

  • Faşizm din əxlaqına tamamilə ziddir. Faşizmin özünün müqəddəs saydığı dəyərlər uğrunda minlərlə məsum insanı qətlə yetirmiş, üstəlik bunu yaxşı cəhət kimi görmüşdür. Buna görə də müharibə və qarşıdurma faşizm üçün ən vacib vasitədir.
  • Fərqli irqlərə qarşı duyulan qəzəb və nifrət faşizmin ən əsas təməl nöqtələrindən biridir. Bu irqçi iddia saysız-hesabsız müharibə və münaqişələrin, qətliam və etnik təmizliyin çıxış nöqtəsidir.
  • Faşizmə qatı nizam-intizam hakimdir. Zidd olan hər düşüncə kökdən yox edilir. Hitlerin iqtidarı dövründə “alman olmayan” fikirləri ehtiva edən minlərlə kitabın yandırılması bu zehniyyətin bir nümunəsidir.
  • Faşizm insanları əldə etmək üçün onlara öz irqlərinin digər bütün irqlərdən üstün olduğunu təlqin edir. Əsil hədəfi irqi üstünlüyə əsaslanan sistem qura bilməkdir. Ancaq hər irqin yalnız özünün üstün olduğunu iddia etdiyi mühitdə münaqişə və qarşıdurmaların sona çatmayacağı hamıya məlumdur. Hitler və Mussolini kimi faşist diktatorların öz xalqlarını sürüklədiyi bəlalar faşizmin müdafiə etdiyi fikirlərin böyük yalandan başqa bir şey olmadığının əhəmiyyətli sübutlarındandır.

Yuxarıda saydığımız xüsusiyyətlər bu ideologiyalar haqqında ümumi məlumat vermək üçün sadalanan bir neçə maddədir. Bu ideologiyaların gündəlik həyatdakı tətbiqatlarına baxıldıqda şiddət və vəhşilik açıqca görünür. Maraqlıdır ki, dəccaliyyət və ona bağlı olan ideologiyalar cəmiyyətlərə nə qədər zərər versə də, geniş kütlələr tərəfindən mənimsənmişdir. Buna görə də dəccal sisteminin cəmiyyətləri necə təsiri altına aldığının üzərində dayanmaq lazımdır. Bu təsbitin yayılması həmin sistemə qarşı aparılacaq mübarizənin ilk addımı olacaq. Çünki insanlar bir anda eqoist, aqressiv, amansız və nifrət dolu fərdlər halına gəlmirlər. Əvvəl də qeyd etdiyimiz kimi, bu, insanların dəccal sisteminə tədricən öyrəşdirilməsi ilə baş verir. Bu proses insanların ətraflarını qavramağa başlamaları ilə birlikdə dövrəyə girir və ömür boyu aldıqları təlqinlərlə davam edir. Bu təlqinlərin əsas məqsədi isə insanların Allaha imandan uzaqlaşdırılmasıdır.

faşizm

Hitler, Mussolini, Franko kimi diktatorlar faşist ideologiyaları əsasında minlərlə məsum insanın ölümünə, milyonlarla günahsız insanın isə əzab çəkməsinə səbəb oldular.

Bəhs etdiyimiz bu ana məzhəblərin fərqli qrupları və fərqli tətbiqçiləri var. Kitabın növbəti hissələrində dəccaliyyətin terrorla əlaqəsindən danışarkən bunlardan müxtəlif nümunələr veriləcək. Ancaq daha əvvəl Quranda dəccaliyyətdən necə bəhs edildiyini araşdırmaq faydalı olar.

Mənbələr

1 P.M. Wise, M.J. Olsson, W.S. Cain, "Quantification of Odor Quality", Chemical Senses 25, Oxford University Press, 2000, s. 429-443.

2 M. Chastrette, "Trends in structure–odor relationships", SAR QSAR Environ. Res. 6, 1997, s. 215-254.

3 P. Whitfield, D.M. Stoddard, "Hearing, Taste, and Smell; Pathways of Perception", Torstar Books, Inc., New York, 1984
. (http://www.macalester.edu/~psych/whathap/UBNRP/Smell/nasal.html)

4 Maya Pines, "Finding the Odorant Receptors", Howard Hughes Medical Institute, 2001, http://www.hhmi.org/senses/d/d120.htm.

5 Diane Ackerman, A Natural History of the Senses, Vintage Books Edition, 1995, s. 6.