Adnan Oktar: 11 sentyabr hadisəsini törədənlərin hamısı darvinist-materialist təlimdən keçən, Avropada təhsil alan və maddəçilik görüşünə sahib insanlardır. Kimliyində müsəlman yazılmasının əhəmiyyəti yoxdur...

 Marksist yetişən, solçu təlimi keçən və darvinist-materialist təhsil alan insanların adının Həsən və ya Muhəmməd olması heç nəyi dəyişdirmir. Materialist və ya darvinist insanın törətdiyi əməl materialist-darvinist əməldir. Marksist əməldir. Dolayısilə, bunlara görə müsəlmanların üstünə düşmək mənasız işdir. Hər cür terror əməlini törədənlərə baxdıqda  mütləq darvinist-materialist təlimdən keçdiyini görürük. Allahdan qorxan, Allahı canından çox sevən, axirətə gedəcəyinə inanan, cənnət-cəhənnəmə inanan bir insan gedib məsum uşaqları, qadınları bombalayarmı? Allahdan qorxan bir insanın buna gücü çatarmı? Nəinki bunu etməz, ağlından belə keçirməz.

Bunu edənlər, ümumiyyətlə, elə insanlardır; dediyim kimi, yəni dini təlim almış, lakin darvinist düşüncədəki insanlardır. Bunu İslama aid edə bilmərik. Terrorun qaynağı darvinizm və materializmdir. Marksizm, leninizm vardır; leninist düşüncədə terror şərtdir. Marksizm kommunizmin nəzəri, leninizm də praktik yönüdür. Həmin şəxslər də bunun gərəkdirdiyini edirlər. Lenin praktikaya çatmağın yolunun terror olduğunu deyir. Marksizm və leninizm düşüncəsində terror şərtdir. Həmin insanlar da eynisini edirlər, bu qədər...

İslamda müharibənin hüququ vardır. Bu, Quranda göstərilmişdir. Müdafiə savaşı var; qadın və uşaqlara əsla toxunmaq olmaz... Yalnız ölkəyə müharibə elan edilər, ölkə də sənə savaş elan edər. Leqal müharibə var, yəni açıq mübarizə aparılır. Amma sülh müqaviləsi bağladığın ölkəyə həmin müqavilə sabit olduğu halda, üç-dörd nəfər çıxıb: “Mən buna müharibə elan etdim”, -deyərsə, bu, olmaz. Hələ uşaqlara hücum edərsə,  heç olmaz.

 

İslam mədəniyyət, bilgi, sevgi, sənət və ağılla yayılar. Rəzalətli əməllərlə yayılmaz. Qan tökməklə yayılmaz

Peyğəmbərimizin bütün savaşları müdafiə savaşı olub. Canını qoruma savaşı, yəni bir yerə gedib zor gücünə ələ keçirməmişdir. (Cənab Adnan Oktarın “Azernews” müsahibəsindən, 23 oktyabr, 2008)